Həm indi, həm də gələcəkdə müştərilərimiz üçün məlumatlarla yaşamağı və işləməyi mümkün qədər sadə etmək istəyirik. Buna görə də fiziki və rəqəmsal məlumatlarla gələcəyə fokuslanan, ağıllı bir şəkildə bir-birinə bağlanan, təhlükəsiz olaraq məlumatların idarə edilməsinə yönəlmiş 360° xidmət növünü tərtib etmişik. Müştərilərimiz, hər növ və formatda olan sənədlərin rəqəmsallaşdırılmasından başlayaraq, fiziki və rəqəmsal məlumatların arxivləşdirilməsini, həmçinin qanunvericiliyinə uyğun olaraq məlumatların və uçotların məhv edilməsini təmin etməkdən ötrü təhlükəsizlik və davamlılığa zəmanət verdiyi üçün xidmətlərimizə etibar edə bilərlər.
Hər zaman mövcud olan veb əsaslı sənəd idarə etməsi kimi uyğun proqram məhsulları ilə inkişaf etdirilən açıq planlı ofislər, ev ofisləri və ya fərqli komandalar və lokasiyalar arasında birlikdə işləmə üsulları mobil işi gələcəyin məsələlərindən biri halına gətirir. Həm də bir şirkətin hər zaman bütün müvafiq məlumatlara sahib olması vacibdir.
Bazar araşdırmalarına görə, Azərbaycan şirkətləri, xüsusi ilə texnologiya baxımından müasir dövr ilə ayaqlaşmalıdırlar. Bu sahədəki problemlərin əsas səbəbi çox bahalı və quraşdırılması mürəkkəb olan bulud əsaslı həllərin və ya qurğuların hüquqi statusu ilə bağlı uzun müddətli bir qeyri-müəyyənliyin olması idi. Bəzi hallarda, bir çox insanlar düşünürdü ki, rəqəmsallaşma ilə bağlı bütün səs-küyün öz şirkətləri ilə əlaqəsi yoxdur və əksər analoji proseslər yerində qalacaq.
Hüquqi olaraq boşluqların olmadığı məlumatların idarə edilməsinə dair təcrübi biliklərimizdən istifadə edin və "Almaniyada istehsal olunub" kimi məlumatların qorunmasına etibar edin.
REISSWOLF sizə hər zaman sadə və şəffaf olan ən yüksək təhlükəsizlik standartlarına, bir-biri ilə əlaqələndirilmiş uyğun xidmətlər və həllərə zəmanət verir. Bir sözlə: şirkətinizin məlumatları ilə əlaqəli hər şey eyni damın altında yerləşir. Beləliklə də, hər şeyin gələcəyə yönəlmiş və məlumatların qorunması qanunvericiliyinə uyğun şəkildə təşkil olunduğundan əmin ola bilərsiniz.