İş proseslərimiz getdikcə artan miqdarda olan məlumatlarla müəyyənləşdirilir. Gün ərzində vaxtdan və məkandan asılı olmayaraq lazımi məlumatlara sürətli giriş tələb olunur. Məlumatların səmərəli istifadəsi üçün uyğun idarəetmə və nəzarətin olması çox vacibdir.
REISSWOLF f.i.t. (fayl informasiya texnologiyası) adlı proqram təminatı sizə rahat axtarış funksiyası və yüksək sürətli giriş təmin edən veb əsaslı, auditə imkan verən, rəqəmsal bir elektron arxiv idarəetmə sistemidir. Arxivləşdirilmiş sənədlər mətn məzmunu vasitəsilə sözbəsöz tapıla bilər və lazım olduqda başqaları ilə mübadilə edilə bilər. İş prosesləriniz məxsusiləşdirilə bilən iş ardıcıllıqları ilə uyğunlaşdırılır və beləcə sistem dərhal istifadəyə hazır olur, hər hansı bir avadanlıq, və ya proqram təminatı quraşdırmaq tələb olunmur.
REISSWOLF f.i.t. vasitəsi ilə istənilən vaxt sənədləri elektron formada kompüter və ya mobil telefon vasitəsi ilə əldə edə bilərsiniz. Məlumatlarınızın qorunmasına ən yüksək səviyyəli məlumat mərkəzlərimiz zəmanət verir.